Suriyada kimyəvi silah təxribatı hazırlanır –

Rusiya hərbçiləri məlumat yayıb
09 İyul 2020 - 01:56

“Hayat Tahrir Aş-Şam” terror qrupunun silahlıları İdlibdə bir neçə kəndin ərazisində təxribatlar planlaşdırır”.

RİA Novosti  xəbər verir ki, bunu Suriyadakı döyüşən tərəfləri barışdırmaq missiyasını həyata keçirən Rusiya Mərkəzinin rəhbəri kontr-admiral Aleksandr Şerbitski brifinqdə bildirib.

O, terrorçuların Dəməşqdə kimyəvi silah istifadə etmək niyyətində olduqlarını deyib.

Qeyd edib ki, yaraqlılar naməlum zəhərli maddələrlə doldurulmuş ən az 15 partlayıcı qurğu istehsal edib.

Bu qurğuların Sarmada şəhərindəki laboratoriyada hazırlandığı vurğulanıb.