Suriyada seçki üçün ən azı 4 il lazımdır- AÇIQLAMA

Suriyada seçkilərin təşkili ən azı dörd il çəkə bilər.

Azpost.info xəbər verir ki, bunu Suriyada hakimiyyətə gələn müxalif qrupların lideri Əhməd əl-Şaraa deyib.

“Seçkilərin təşkili dörd il çəkə bilər. İstənilən real seçkilər üçün ümumi siyahıyaalma aparılmalıdır. Uzunömürlü bir konstitusiya gözləyirik. Bu, çox vaxt aparacaq çətin bir işdir. Yeni sənədin mətninin hazırlanması təxminən üç il vaxt aparaa bilər”, – əl-Şaraa deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.