“Şuşa getdi, məğlubuq, bizi sanki diri-diri basdırıblar” –

Keçmiş bakılı erməni Xankəndində vəziyyətdən danışıb
09 May 2021 - 20:13

Azərbaycanın qəhrəman ordusunun Şuşanı işğaldan azad etməsi Ermənistanda və Dağlıq Qarabağda ermənilər arasında ciddi ruh düşkünlüyü və təşviş yaradıb.

Azpost.info bildirir ki, ötən ilə qədər Şuşanın işğalını təntənə ilə qeyd edən ermənilər bu il kədərlə ağlaşır və Dağlıq Qarabağın taleyinin artıq əllərində olmadığını deyirlər.

“Sputnik Armenia”nın bu gün Xankəndinə söhbətləşdiyi 1-ci Qarabağ müharibəsində döyüşmüş Slava Ovsepyan da ümidini itirmiş və qəm-qüssəyə batanlardandır: “Bütün ermənilərin ürəyi indi dərdlidir. Adamlara baxanda bunu görürsən, simalarından qəm-qüssə yağır. Biz indi elə vəziyyətdəyik ki, sanki diri-diri məzara basdırılmışıq. Vəziyyət hazırda belədir, bizim deməyə sözümüz yoxdur”- deyə Ovsepyan bildirib.

Slava Ovsepyan sovet vaxtı Azərbaycanda yaşayıb. Bakıda yanğınsöndürənlər məktəbində oxuyub. Sonra Ermənistana gedib. Həbsxana nəzarətçisi işləyib.

Ovsepyanın sözlərinə görə, müharibə gözlənilən idi. Amma bu 30 il müddətində hakimiyyət ordu qura bilmədi: “Bizdə “İsgəndər” raketi də var idi. Amma axırda belə oldu: biz məğlub olduq. Nikol bizi batırdı”.