Koçaryan Paşinyana alternativ oldu, seçki bloku yaratdı –Sabiq prezident marafona "Daşnakstyun"la qoşulur

Ermənistanın sabiq prezidenti Robert Koçaryan seçki blokunu elan edib.

Azpost.info bildirir ki, bu gün Koçaryan, Daşnakstyun Partiyası və Zəngəzurun sabiq qubernatoru Vaqe Akopyanın başçılıq etdiyi “Yüksələn Ermənistan” partiyası siyasi əməkdaşlıq haqqında memorandum imzalayıb.

Memorandumu imzalayanlar növbədənkənar parlament seçkilərində iştirak üçün “Hayastan” (Ermənistan) seçki blokunda birləşdiklərini bəyan ediblər.

“Hayastan” seçki blokuna baş nazir postuna namizəd kimi Robert Koçaryan başçılıq edəcək.  Koçaryan bildirib ki, bu gün Ermənistanın qarşısında ciddi çağırışlar durur və ölkə idarəetmə və iqtisadi böhran yaşayır: “Nə üçün namizədliyimi irəli sürdüm? Mənim böhranlı vəziyyətləri idarə etmək üçün böyük təcrübəm var”-deyə Koçaryan vurğulayıb.

Koçaryan seçkiqabağı proqramını açıqlayıb. O, yalnız iqtisadi vədlərdən danışıb. Qarabağla bağlı vəziyyətə toxunmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransa Böyük Britaniyaya xəbərdarlıq edib

Sonrakı məqalə

“Şuşa getdi, məğlubuq, bizi sanki diri-diri basdırıblar” –