“Şuşa şəhəri tam olaraq nəzarətimizdən çıxıb”.
Azpost.info bildirir ki, bu sözləri separatçı rejimin “rəhbəri” Araik Aratunyanın mətbuat katibi Vaqram Poqosyan sosial şəbəkədəki səhifəsində yazıb.
“Uğursuzluqlar bir-birinin ardınca bizi təqib edir. Yalançı ümid yaradan təbliğat tezisləri bizə reallıq hissini itirməkdən başqa heç nə vermir. Kəmərləri bir daha bərkitmək lazım gələcək. Rəqib Stepanakertin (Xankəndinin-red) ətrafındadır”-deyə o bildirib.
Poqosyan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Ovanesyanın da “bostanına daş atmağı unutmayıb: “Facebook-da yalançı çağırışlar və speklyativ məlumatlar getdikcə hər şeyi itirməyə gətirib çıxaracaq”.
Sosial şəbəkənin erməni seqmentində Poqosyanın profilinin azərbaycanlılar tərəfindən sındırlması barədə yazılanlara Poqosyan cavab verib: “Mən yazıram. Profilim oğurlanmayıb”.