“Şuşa şəhəri tam olaraq nəzarətimizdən çıxıb” –Separatçı rejimin mətbuat katibi Yerevanı təkzib etdi, açıqlama yaydı

“Şuşa şəhəri tam olaraq nəzarətimizdən çıxıb”.

Azpost.info bildirir ki, bu sözləri separatçı rejimin “rəhbəri” Araik Aratunyanın mətbuat katibi Vaqram Poqosyan sosial şəbəkədəki səhifəsində yazıb.

“Uğursuzluqlar bir-birinin ardınca bizi təqib edir. Yalançı ümid yaradan təbliğat tezisləri bizə reallıq hissini itirməkdən başqa heç nə vermir. Kəmərləri bir daha bərkitmək lazım gələcək. Rəqib Stepanakertin (Xankəndinin-red) ətrafındadır”-deyə o bildirib.

Poqosyan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Ovanesyanın da “bostanına daş atmağı unutmayıb: “Facebook-da yalançı çağırışlar və speklyativ məlumatlar getdikcə hər şeyi itirməyə gətirib çıxaracaq”.

Sosial şəbəkənin erməni seqmentində Poqosyanın profilinin azərbaycanlılar tərəfindən sındırlması barədə yazılanlara Poqosyan cavab verib: “Mən yazıram. Profilim oğurlanmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilərin yaratdığı saxta saytla bağlı araşdırmalara başlanılıb –

Sonrakı məqalə

Cəbhənin Xocavənd istiqamətində düşmənin “Tor-M2KM” ZRK-sı vurulub –