“Şuşa üzərində Azərbaycanın nəzarəti böyük əhəmiyyət daşıyır” –

Minsk Qrupunun Rusiya üzrə eks-həmsədri
08 Noyabr 2020 - 23:18

“Şuşa üzərində Azərbaycanın nəzarəti Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyır”.

Azpost.info bildirir ki, bu barədə Minsk Qrupunun Rusiya üzrə sabiq həmsədri Vladimir Kazimirov  bildirib.

“Əlbəttə, Şuşa böyük əhəmiyyət daşıyır. Azərbaycan ciddi hərbi uğurlarla nail olub, bunu inkar etmək çətindir”-deyə Kazimirov RİA-ya deyib.

O xatırladıb ki, tarixən Şuşada azərbaycanlı əhali üstünlük təşkil edib.