Yanvarın 12-də Şuşa istiqamətində avtomobil qəzasında ağır xəsarət alan Azərbaycan ordusunun hərbçisi – Xudat rayon sakini, 1998-ci il təvəllüdlü Məmmədov Kamil Şamil oğlu bu gün hospitalda həyatını itirib.
Müdafiə Nazirliyindən faktı APA-ya təsdiq ediblər.
Qeyd edək ki, yanvar ayının 12-də baş verən qəza zamanı daha bir hərbçimiz həlak olmuşdu.