“Şuşada İsa bulağında sülhməramlıların durması xəbəri yalandır” –

Tanınmış teleaparıcı təkzib etdi
13 Sentyabr 2021 - 10:36
Tanınmış teleaparıcı Qərib Azər Şuşadakı İsa bulağına sülhməramlıların icazəi ilə getməyin mümkünlüyü barədə sosial şəbəkədə yayılmış məlumatı təkzib edib. 
Azpost.info bildirir ki, o, bunu yalan olduğunu yazıb.
“”Şuşada rus əsgələri var, onlar İsa Bulağına getməyə içazə vermirlər” məlumatı yalandır. Şuşada bir nəfər də olsun rus əsgəri yoxdur. İsa Bulağı isə bildiyniz kim Şuşadan aralıdır və ora getmək üçün gərək Şuşadan çıxıb Laçın koridoru dediyimiz yolu aşasan. Ona görə Şuşadan çıxıb İsa Bulağına gedəndə onların postundan keçirsən, yolun bir tərəfində bizimkilər durub, o tərəfində şimal qonşumuzun əsgərləri.
Amma heç bir yoxlanış yoxdur, sadəcə salamlaşıb keçirsən. İsa Bulağında isə yalnız bizim Ordumuz durub, əvvəl gördüyünüz kimi bizi əsgələrimiz çaya da qonaq etdilər”-deyə Qərib Azər vurğulayıb.