“Yaqub Zurufçunun vəziyyəti ağır olaraq qalır” –Həyat yoldaşından açıqlama

“Yaqub Zurufçunun vəziyyəti stabil ağır olaraq qalır”.

Bu sözləri Oxu.az-a Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, həkimlər onun vəziyyətini mütəmadi izləyir:

“Hələ ki, heç bir yenilik yoxdur. Vəziyyəti ciddi nəzarətdə saxlanılır. Həkimlər tərəfindən bizə yeni bir məlumat verilməyib. Vəziyyəti stabil ağır olaraq qalır”.

Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu  dərhal “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır stabil olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Y. Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şuşada İsa bulağında sülhməramlıların durması xəbəri yalandır” –

Sonrakı məqalə

Lənkəranda “Boladi şəhidləri” adlı kitab işıq üzü görüb