Şuşalılar öz doğma şəhərlərinə yola düşüblər

19 Avqust 2021 - 08:41

Avqustun 19-da Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə bir qrup şuşalı öz doğma torpaqlarını ziyarət etmək üçün yola düşüblər.

Səfər çərçivəsində onlar Şuşada dini, tarixi, mədəni abidələri ziyarət edəcək, yenidənqurma işləri ilə tanış olacaqlar.