Şuşanın 29 ildən sonrakı 8 MAYI

08 May 2021 - 00:49

29 ildən sonra 8 mayı sevinc göz yaşları ilə qarşılayırıq.
Fantastik hissdir.

1992-ci ilin mayında Şuşanı hakimiyyətə qayıtmaq üçün siyasi alverə çevirənlər bu gün də sağdırlar. Xalq onları bağışlasa da tarix adlarını yaddaşa yazıb.

Bu 29 ildə Şuşa Qarabağ uğrunda milli müavimətin əsas güc mənbəyi idi.
44 gün ərzində bütün xalq nəfəsini çəkmədən Şuşa xəbərini gözləyirdi.
Ali Baş Komandan “Şuşa, sən azadsan!” sözünü bəyan edəndə göz yaşlarını saxlaya bilmirdi.
Şuşanın azad edilməsinə xalqın reaksiyası illərlə içində gəzdirdiyi ağrının vulkan kimi püskürməsi idi.
Həqiqətən böyük gün idi: “Dağlarda toy” “dağlarda vay”a dönmüşdü.

Bu utanc səhifəsini və qara günü tariximizdən silən qəhrəman Azərbaycan Ordusuna bir ömür borcluyuq!

Şuşaya özünü qurban etmiş əziz Şəhidlərimizin qanı indi bizim ürəyimizdən axır.
Allah bizə bir daha belə sınaq nəsib etməsin!

X.SƏFƏROĞLU