Şuşanın sabiq icra başçısının oğlu keçmiş arvadını parkda bıçaqladı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Hüseyn Cavid prospektində baş verib.

Hüseyn Cavid parkının yaxınlığında 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızı bədən və boğazından bıçaq xəsarətləri alıb.

Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Məlum olub ki, D.Bəhmənova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, D.Bəhmənovanın keçmiş yoldaşı Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu” –

Sonrakı məqalə

Prezidentdən rayonda əmlakı girov kimi qəbul etməyən banklara xəbərdarlıq: