Fransada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı gün ərzində 1,8 mindən çox artaraq 14459 nəfərə çatıb. Ölənlərin sayı isə 112 nəfər artaraq 562 nəfərə çatıb.
“TASS” xəbər verir ki, bu barədə ölkənin İctimai İşlər və Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
“Yoluxanların sayı 14459 nəfər, ölənlərin sayı 562 nəfərdir”, – deyə məlumatda bildirilir.