ABŞ-da yaşayan tanınmış aktyor Arnold Şvartsneqqer Lulu adlı eşşək balası ilə gündəmə gəlib.
Aprelin 28-də heyvanın bir yaşını qeyd edən və ona şirniyyat yedirən 72 yaşlı avstriyalı bodibilder bu dəfə məşq prosesindən görüntüləri yayıb.
O, bu dəfə məşq prosesi zamanı Lulu ilə görüntüləri də qeydə alıb.
Qeyd edək ki, Arnold Şvartsneqer vaxtilə bodibildinq idmanı üzrə “Mister Kainat” titulunu qazanıb, yeddi dəfə “Mister Olimpiya” seçilib. 1989-cu ildən hər il Kolambus şəhərində onun şərəfinə ənənəvi Arnold İdman Festivalı keçirilir. (Oxu.az)