Səudiyyə Ərəbistanı məhkəməsi “The Washington Post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsi ilə bağlı məhkəmə işində səkkiz nəfər barəsində hökm oxuyub.
“Euronews”ın verdiyi xəbərə görə, təqsirləndirilənlərdən beş nəfərin hər biri 20 il azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.
Bir nəfərə 10 il, iki nəfərə isə 7 il həbs cəzası verilib.
Xatırladaq ki, Səudiyyə Ərəbistan əsilli, amerikalı jurnalist C. Qaşıqçı 2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.