Zaxarova Serbiya prezidenti Vuçiç haqda yazdıqlarına görə üzr istəyib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Facebook səhifəsində Serbiya prezidenti Aleksandr Vuçiçin ABŞ prezidenti Donald Trampla görüşü zamanı çəkilən şəklini məşhur “Əsas İnstinkt” trillerinin səhnəsi ilə müqayisə etdiyinə görə üzr istəyib.

Lakin Zaxarova sözünü ABŞ-a çatdırmaq şansını qaçırmayıb.

“Üzr istəyirəm, amma mənim yazım səhv yozulub! Orada tək bir şey nəzərdə tutulurdu – “müstəsna” tərəfindən təkəbbürlü münasibətin rədd edilməsi” – deyə, Zaxarova bildirib.

“Amerika rəsmiləri protokol vasitələrindən müntəzəm olaraq süni şəkildə öz müstəsna xüsusiyyətlərini göstərmək üçün istifadə edir və bu, qəbuledilməzdir”, Zaxarova yazıb.

Zaxarova daha əvvəl Facebook səhifəsindəki şərhində belə görünür, Vuçiçin Ağ Evə dindirilmək üçün dəvət olunduğunu yazmışdı.

“Əgər Ağ Ev-ə dəvət olunub kresloda sorğu-suala tutulan kimi oturursunuzsa, mənə inanın, kim olduğunuzdan asılı olmayaraq, 2-ci şəkildəki kimi oturun.”

Onun şərhi Vuçiç və digər Serbiya rəsmiləri tərəfindən hiddətlə qarşılanıb.

“Onun nümayiş etdirdiyi primitivlik və ədəbsizlik təkcə onun özü haqda deyil, həm də ona iş verənlər haqda fikir yürütməyə əsas verir”, Vucic hökumətyönlü Pink TV kanalına verdiyi nüsahibəsində deyib.

Vuçiç keçən həftə Vaşinqtona etdiyi səfəri zamanı Qərbin Ukrayna ilə əlaqədar olaraq Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxması və Rusiyadan silah almaq da daxil olmaqla, Serbiyanın Moskva ilə sıx əlaqələrini müdafiə etdiyini bildirib.

Serbiya prezidentinin ofisinin bazar günü bildirdiyinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Vuçiçlə danışıb və iki ölkə arasında “səmimi və sıx əlaqələri” xüsusi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səudiyyə Ərəbistanında Camal Qaşıqçının ölümü ilə bağlı 8 nəfərə hökm oxunub

Sonrakı məqalə

İbtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə olacağı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil –