28 May metrosunun qarşısı avtomobillər üçün bağlanır –-Sabahdan

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan 28 May metrosunun qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: “Bu sabah ictimaiyyətə açıqlanacaq”.

Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq(APA).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.