Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şəxsi istifadə üçün gətirilən dərmanların dəfələrlə apteklərdə satışına rast gəlinib

User 07 İyul 2023 - 17:03 (Last updated: 21 May 2025 - 20:15)
derman

Şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satışına yoxlamalar zamanı dəfələrlə rast gəlinib.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli deyib. O qeyd edib ki, rəsmi yolla idxal olunan dərmanların hamısının üzərində nəzarət markası və içərisində azərbaycanca içlik vərəqəsi olur:

“Analitik Ekspertiza Mərkəzinin planlı və plandan kənar yoxlamalar zamanı bu cür hallara rast gəlindiyi halda tədbir görülür. Mərkəz hər ay apteklərdə aparılan yoxlamalarla bağlı statistikanı rəsmi saytında dərc edir”.

“Apteklərdə yoxlamalar zamanı aşkarlanan qanun pozuntuları ilə bağlı cinayət işi açılmır, İnzibati Xətalar Məcəlləsi əsasında protokol tərtib edilir. Apteklərdəki qanuna zidd halları həm planlı, həm də plandan kənar, vətəndaş şikayəti əsasında müəyyənləşdirə bilirik. Şəxsi istifadə üçün gətirilən dərman vasitələrinin satışı ilə bağlı da fakt olduqda aşkarlaya bilirik”, – deyə o qeyd edib.

Mətin Məcidli həmçinin əhaliyə müraciət edərək bildirib ki, apteklərdəki dərmanlarla bağlı şikayət və təkliflərini Analitik Ekspertiza Mərkəzinin “birpəncərə” sisteminə, “Qaynar xətt”inə və ya pharma.az saytının müraciət bölməsindən elektron şəkildə müraciət edə bilərlər:

“Əhalidən xahiş edirik ki, apteklərdəki qanuna zidd halların aşkarlanması və aradan qaldırılması üçün bizə müraciət etsinlər”.

Qeyd edək ki, Milli Məclisin 6 iyulda keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı səhiyyə nazirinin müavini bildirib ki, şəxsi istifadə üçün gətirilən dərmanlar da hamısı şəxsi məqsəd üçün gətirilmir:

“Bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir. Bu, çox ciddi məsələdir. Bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir”.

Post navigation

Previous: Belarusun “Vaqner”ə təklif etdiyi çadır düşərgəsinə 5 min döyüşçü yerləşdirmək olar
Next: Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub

Oxşar xəbərlər

eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36

xƏBƏR

DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Oktyabrın 29-da Azərbaycanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 97 nəfər saxlanılıb. Onlardan 74-ü borclu şəxs...
Read more about Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.