TƏBİB-in sədri vəzifəsini müvəqqəti icra edən təyin edilib

13 Sentyabr 2021 - 12:33

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.

Bu barədə Agentliyin məlumatında yer alıb.

Qeyd olunub ki, o hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.