Təbriz küçəsində baş verən yanğın avtomobillərin hərəkətində çətinliklər yaradıb

24 Sentyabr 2020 - 22:44

“Bir az əvvəl Təbriz küçəsində iaşə obyektində yanğın baş verib. Yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Qeyd edilib ki, bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.