Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Təbrizdə pensiyaçılar etiraz yürüşü keçirib

User 08 İyun 2022 - 08:15 (Last updated: 21 May 2025 - 20:15)
tebriz pensiyaci aksiya

Bazar ertəsi günü İranın bir çox şəhərində təqaüdçülər etiraz aksiyaları təşkil edib. Təbrizdə yürüş keçirən yüzlərlə təqaüdçü İran dövləti və rəsmilərinə qarşı şüarlar səsləndiriblər.

İyun ayının 6-da Təbrizdə çox sayda təqaüdçü Sosial Müdafiə Təşkilatının baş idarəsinin önündən başlayaraq Abrəsan küçəsindən keçib və Şərqi Azərbaycan vilayətinin valilik binasına doğru yürüş keçiriblər. Bəzi mənbələrdə bir neçə min nəfərin aksiyaya qatıldığı bildirilib.

İnternet portalları və sosial şəbəkələrdə yayılan videogörüntülərdə aksiyaya qatılan çox sayda təqaüdçünün türk və fars dillərində İran dövləti və rəsmilərinə qarşı şüarlar səsləndirdiyi eşidilir.

Yürüşə qatılanlar “Baznişəstə (təqaüdçü) nə istir? Haqq-hüququn(u) istir”, “xalqını aldadan dövlətə ölüm!”, “bizim düşmən buradadır – Amerika deyil, yalandır”, “Ustandar (vali)! Sən gəlmədin, biz gəldik” kimi şüarlar səsləndiriblər.

Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər keçən aylardan bəri İranın müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edirlər. Təqaüdçülərin təmsilçiləri əvvəlki aylarda agentliklərə müsahibə verərək tələblərini gündəmə gətiriblər. Onlar əmək haqqının real yaşayış xərclərinə uyğun olaraq müəyyən edilməsi, sığorta hüquqlarının tanınması və maaşların bərabərləşdirilməsi layihəsinin tam tətbiq edilməsi kimi tələblər irəli sürürlər.

Post navigation

Previous: “11 saylı həbsxanada qarşıdurma barədə məlumat yalandır” –
Next: Azərbaycan neftinin qiyməti 128 dollara yaxınlaşıb

Oxşar xəbərlər

gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45

xƏBƏR

gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici...
Read more about PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib
Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.