Təbrizin “Traxtur” futbol klubu Azərbaycan səfirliyinə silahlı hücumla bağlı paylaşım edib.
Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Yaralıların vəziyyəti qənaətbəxşdir.
Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.