“Təhlükəni aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik”- ABŞ-dan İrana ultimatum

ABŞ İranın zərərli fəaliyyətlərinə (Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü də daxil olmaqla) qarşı çıxmaq üçün sanksiyalar və digər iqtisadi tədbirlərdən kənara çıxan vasitələrdən istifadə etməyə hazırdır.

Azpost.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

“İranın PUA texnologiyasının yaratdığı təhlükəyə diqqət yetirmişik. İran pilotsuz təyyarələri Suriyada, İraqda Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşlarına qarşı, indi isə Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunur. Biz son nəticədə maraqlarımıza ən uyğun olanını edəcəyik. Yəni bu texnologiyanın İrandan ölkələrə və təşkilatlara axınını dayandırmaq üçün tədbirlər görəcəyik”, – Prays qeyd edib.

Prays hansı tədbirlərdən bəhs etdiyini açıqlamadan əlavə edib: “Biz heç nəyi istisna etməyəcək, bu zərərli hərəkətlərin yaratdığı təhlükəni aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik”.

Dövlət Departamentinin sözçüsü İranın zərərli fəaliyyətləri arasında nüvə proqramı və ballistik raketlərin hazırlanmasını, həmçinin Tehranın terror təşkilatlarına dəstəyini də qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Ukraynada 70 mindən çox hərbi qulluqçusunu itirib”

Sonrakı məqalə

Bakı-Qazax yolunda avtobus aşıb, 8 nəfər yaralanıb