Bakı-Qazax yolunda avtobus aşıb, 8 nəfər yaralanıb

Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölüm yoxdur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Əvvəlki məqalə

“Təhlükəni aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik”

Sonrakı məqalə

“Dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir” –