Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Təhsil işçiləri arasında analitik düşüncə bacarıqlarına dair tədbir keçirilib

User 09 İyul 2025 - 14:36 (Last updated: 09 İyul 2025 - 17:33)
ta01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən həyata keçirilən “Tənqidi oxu – analitik təfəkkürün inkişafına dair təşəbbüslər” adlı layihə çərçivəsində növbəti əməkdaşlıq görüşü baş tutub.

Görüşdə layihəyə cəlb olunacaq təlimçilərlə geniş fikir mübadiləsi aparılıb, təlimlərin məzmunu, metodologiyası və təşkilati məsələlər ətrafında müzakirələr keçirilib. Təlimçi və ekspert təminatı ilə bağlı layihənin tərəfdaşı “Yuvam” MMC ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin sədri Murad Ağalarov, layihə rəhbəri Gülmirə Müseyibova, “Yuvam” MMC-nin rəhbəri Sevinc İntiqamqızı, eləcə də layihə çərçivəsində təlimçi kimi çıxış edəcək Aynurə Bağırova və İlahə İslamzadə iştirak ediblər.

Layihənin əsas məqsədi müəllimlər və təhsil işçiləri arasında tənqidi oxu və analitik düşüncə bacarıqlarını inkişaf etdirmək, bu sahədə yeni metodik yanaşmaların təşviqinə töhfə verməkdir.

Görüş iştirakçıları gələcək fəaliyyət planlarını razılaşdıraraq, layihənin səmərəli və məqsədyönlü icrası üçün birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, layihə çərçivəsində ümumtəhsil məktəblərində çalışan 20 müəllim ekspertlər tərəfindən seçilərək 21 iyul 2025 tarixində keçiriləcək seminarda iştirak hüququ qazanacaqlar. Müraciət etmək istəyən müəllimlər Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinə müraciət edə bilərlər.

AzPost.az

Post navigation

Previous: Ərdoğan yeni prezident seçkilərinin tarixini açıqladı
Next: Xankəndi, Ağdərə və Xocalıda 474 obyekt sahibkara icarəyə verilib

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
İran Ermənistana təbii qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir. Tehran İrəvanı enerji sahəsində əməkdaşlıq üçün ən əlverişli...
Read more about İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.