Yanvarın 30-u saat 16:00-da təhsil naziri Emin Əmrullayev rəsmi “Facebook” səhifəsi üzərindən “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandıracaq.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sualları (şəxsi müraciət tipli suallar istisna olmaqla) yanvarın 29-u saat 18:00-dək rəy bölməsində qeyd etmək lazımdır.