Təhsil Nazirliyi vəzifə istəyən 3 nəfərin şikayətini təmin edib –4 nəfərə rədd cavabı verilib

Təhsil Nazirliyinin Apelyasiya Şurasının növbəti onlayn iclası keçirilib.

Nazirlikdən bildirilib ki, “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunda məsləhətçi vəzifəsinə namizədlər Nuranə Mustafayeva və Vüsalə Yusifovanın, aparıcı məsləhətçi vəzifəsinə namizədlər Aysel Feziyeva, Vüqar Şahbazov və Sahib Tağıyevin, baş məsləhətçi vəzifəsinə namizəd Zərifə Səmədzadənin, İctimaiyyətlə əlaqələr sektorunda məsləhətçi vəzifəsinə namizəd Aygün Şahbazovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.

İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Üç nəfərin şikayətinin təmin olunması, 4 nəfərin şikayətinin isə təmin edilməməsi barədə şura tərəfindən qərar qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan radioları Şuşadan Dağlıq Qarabağa yayımlanacaq –

Sonrakı məqalə

Yusif Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib –