Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlər üzrə növbəti qeydiyyat başlanır.

İdarədən bildirilib ki, martın 19-dan başlanan qeydiyyat prosesi martın 27-si saat 23:59-da başa çatacaq.

Vakant yerlər üzrə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər.

Bundan əlavə, 2023-2024-cü illərdə test imtahanından uğurla keçən, lakin müsahibədə iştirak etməyən namizədlər də qeydiyyatdan keçə bilərlər (müsahibədə iştirak etmək şərti ilə).

Namizədin yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı var.

Namizədlər 1 illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.

Əvvəlki məqalə

Gələn ilin pensiya artımları nə vaxt məlum olacaq?

Sonrakı məqalə

Stoltenberq Paşinyanı tez bir zamanda Azərbaycanla sülh sazişini imzalamağa çağırıb