Ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsinin qəzaya uğramasına baxmayaraq, Rusiya Ukrayna ilə hərbi əsirlərin mübadiləsinə dair danışıqları davam etdirəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.
“Biz özümüzünküləri tərk edə bilmərik. Hətta şeytanla da danışacağıq, amma onları oradan çıxardacağıq. Bizim başqa çarəmiz yoxdur, danışacağıq”, – Kartapolov deyib.
Kreml də öz növbəsində bildirib ki, baş verənləri başa düşmək mümkün deyil.
“Bunun məhbusların mübadiləsi prosesinin uzadılması perspektivlərinə necə təsir edəcəyi barədə hələ heç nə demək olmur”, – Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Azpost.info