Kolumbiyada baş verən təyyarə qəzası zamanı itkin düşən 4 uşaq 40 gün sonra sağ tapılıb.
Azpost.info xəbər verir ki, bu barədə, prezident Qustavo Petro “Tviter” hesabında bildirib.
Petro baş verənləri bütün ölkə üçün sevinc adlandırıb.
Uşaqlardan birinin 4, birinin 9, birinin 13 yaşı var, digəri isə 11 aylıqdır. Onlar susuz qalıblar və həşərat dişləməsinə məruz qalıblar.
Axtarışları 150-dən çox əsgər, o cümlədən xüsusi təyinatlılar, həmçinin bölgənin yerli xalqlarının 80-dən çox nümayəndəsi aparıb.
Uşaqlar ölkənin cənubunda Araraquaradan San Xose del Quaviareyə uçan “Cessna 206” təyyarəsinin sərnişinləri olub. Təyyarənin ekipajı mühərrikin nasazlığı barədə məlumat verib və qəza siqnalı verib.
Təyyarə 370 saat axtarışdan sonra tapılıb. Pilotun cəsədi təyyarədə olub, lakin 4-ü uşaq olmaqla 6 sərnişin nə göyərtədə, nə də təyyarənin yaxınlığında tapılıb. Daha sonra iki cəsəd tapılıb – ikinci pilot və uşaqların anası.
Azpost.info



