Təbrizdə çirkli hava şəraiti davam edir

Hava inversyası nəticəsində Təbrizdə çirkli hava şəraiti İki gün ardıcıl olaraq davam edib.

Anaj xəbər agentliyinın bu barədə verdiyi məlumata görə, Təbrizdə havanın sakit olmasi 29 yanvar sabahından etibarən kəskin şəkildə hava çirklənməsinə səbəb olub.

Yanvarın 30-da Təbriz Namaz Meydanı hava çirklənməsinə nəzarət stansiyasında hava indeksinin təxminən 175, Abresan hava çirklənmə nəzarət stansiyasında isə təxminən 162-dir ki, bu da son ayda görünməmiş və ən yüksək dərəcədədir.

Ətraf Mühitin Mühafizəsi İdarəsinin reytinqinə görə, çirklənmə səviyyəsi 150 vahidi keçdiyi təqdirdə, hava insanlar üçün qeyri-sağlam hesab edilir.

Şərqi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin direktorunun nəzarət işləri üzrə müavini Mir Hüseyn Qomi bildirib ki, Təbrizdə hava keyfiyyətinə nəzarət mərkəzinin açıqlamasına görə, son 24 saat ərzində havanın orta keyfiyyət indeksi 110 olub, bu da həssas qruplar üçün zərərli indeks sayılır və buna görə ürək və ya ağciyər xəstəliyi olan insanlar, yaşlılar və uşaqlar uzun müddət açıq havada olmamalıdır.

Qomi əlavə edib ki, meteorologiya məlumatına əsasən önümüzdəki günlərdə hava inversiyası davam etdiyi üçün çirklənmə miqdarı artacaq.

Bu barədə geçən günlərdə Həmid Qasimi Şərqi Azərbaycan vilayətinin Ətraf Mühit Mühafizə İdarəsinin direktoru, İSNA xəbər agentliyinə verdiyi məlumatda Təbrizdə hava çirklənməsinin əsas səbəbinin hava inversiyasi və keyfiyyətsiz nəqliyyat vasitələri olduğunu bildirib.

Qasiminin qeyd edib ki, fərqli tədbirlər görülsə də, Təbrizdə hava çirkliliyinin 70 faizi keyfiyətsiz nəqliyyat vasitələri tərəfindən baş verir.

Son aylar Təbrizdə dəfələrlə bu səbəbdən məktəblər və universitetlər bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyənin Elazığ əyalətində daha bir zəlzələ olub

Sonrakı məqalə

Pakistan da Çinə uçuşları dayandırdı