“Təhlükəsizlik zəmanəti verilməsə, Ukraynaya NATO qüvvələri göndərilə bilər”- RASMUSSEN

“NATO-nun iyulda keçiriləcək sammitində Kiyevə təhlükəsizlik zəmanəti verilməsə, Alyans üzvü olan ölkələr öz silahlı qüvvələrini Ukraynaya göndərə bilərlər”.

Azpost.info xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bildirib.

“Əgər NATO Ukrayna üçün bu məsələdə razılığa gələ bilməsə, bəzi ölkələrin ayrı-ayrılıqda addım atması ehtimalı var. Ukrayna Vilnüs sammitində heç nə əldə etməsə, polyaklar təşəbbüsü öz əllərinə almaq və xoşməramlı koalisiya yaratmaq barədə ciddi düşünməyə hazırdırlar”,  – Rasmussen deyib.

O bildirib ki, Kiyevə təhlükəsizlik zəmanətlər kəşfiyyat məlumatlarının mübadiləsi, birgə təlimlər, döyüş sursatı istehsalının artırılması, NATO standartları ilə qarşılıqlı fəaliyyət və Rusiyanı yeni hücumlardan çəkindirmək üçün kifayət qədər miqdarda silah təchizatını əhatə etməlidir.

Rasmussen Ukraynanın gələcək Avropa təhlükəsizlik arxitekturasındakı yeri ilə bağlı prezident Vladimir Zelenskinin rəsmi müşaviri kimi fəaliyyət göstərir. NATO-nun iyul sammiti öncəsi o, müttəfiqlərin əhval-ruhiyyəsini qiymətləndirmək üçün Avropa və ABŞ-a səfərlər edir.

Azpost.info

Əvvəlki məqalə

Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçirilir

Sonrakı məqalə

Talıbovların 94 milyonluq “Naxçıvan Bank”ını bu şəxslər alıb –