Təhsil müəssisələrində tətilin vaxtı aprelin 18-dək uzadıldı- Operativ Qərargah məlumat yaydı

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD – 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabineti yanında operativ qərargahdan APA-ya verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan aviauçuşları dayandırır

Sonrakı məqalə

İranlı jurnalistin adı Azərbaycan XİN-in “qara siyahısı”ndan çıxarıldı