“Tələbələrimizin xaricdə dini təhsil almasını istəmirik” –Mübariz Qurbanlı

Biz tələbələrimizin xaricdə dini təhsil almasını istəmirik.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İlahiyyat İnstitutundakı məzun günündə çıxışı zamanı deyib.

“Dini təhsil millətin, eyni zamanda, dövlətin özünəməxsusluğunu ifadə edir”, – Mübariz Qurbanlı əlavə edib.

Komitə sədri bu cür kadrların Azərbaycanda yetişməli olduğunu deyib:

“Biz elə etməliyik ki, gənclərimiz başqa təsir altına düşməsinlər”. (APA)

Əvvəlki məqalə

Hacı Şahinlə bağlı film çəkilir –

Sonrakı məqalə

Şeyxülislam Qurban bayramı münasibəti ilə xalqı təbrik edib