Təmayül siniflərində şagirdlərin sayı ən azı 15 nəfər olmalıdır –“Təhsil haqqında” qanunda dəyişiklik

Azərbaycanda tam orta təhsil səviyyəsində təmayülləşməyə dair tələblər müəyyənləşir.

Bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, təmayül siniflərində şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilməlidir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İranda azərbaycanlılar arasında türk dilində çəkilən filmlərə baxan çox azdır” –

Sonrakı məqalə

Sergey Lavrov Bəşər Əsədlə görüşüb