Tərxis olunan hərbi qulluqçuların müalicəsi məsələsinə aydınlıq gətirilib

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev ordudan tərxis olunan hərbi qulluqçuların müalicəsi məsələsinə aydınlıq gətirib.

F. Nəbiyev deyib ki, Səhiyyə Nazirliyinin, TƏBİB-in tabeliyində tibb müəssisələri var və ordan tərxis olunmuş yaralılar, qazilər yaşadıqları yer üzrə həmin tibb müəssisələrinə müraciət edə bilərlər.

F. Nəbiyev bildirib ki, o da bəzən bu məsələ ilə bağlı TƏBİB-ə, Səhiyyə Nazirliyinə müraciət edir: “Həmin yaralı və qazilərin TƏBİB və Səhiyyə Nazirliyinin tibb müəssisələrində müalicəsi ilə bağlı hər hansı problem yoxdur. Hazırda ölkədəki bütün xəstəxanalar tibbi sığorta sistemi çərçivəsində fəaliyyət göstərir. Eyni zamanda qazilərimizə ölkəmizdə xüsusi diqqət var və onların müalicəsində hər hansı problem yoxdur. Belə yaralı və qazilərin dərmanla təchizatında da hər hansı problem yoxdur. Tərxis olunmuş həmin hərbi qulluqçuların bütün tibbi təminatı müraciət edilən xəstəxanalar tərəfindən təmin olunur”.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur” –

Sonrakı məqalə

Həbs edilən sabiq Aparat rəhbərinin nədə ittiham olunduğu açıqlandı