Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Təbiətə baxmaq niyə insanı xoşbəxt edir?

User 16 May 2026 - 10:45 (Last updated: 16 May 2026 - 10:18)
tebiet

Alimlər çoxdan müəyyən ediblər ki, təbiətdə gəzintilər insanları daha xoşbəxt edir. Lakin bunun hansı mexanizmlərlə baş verdiyi indiyədək tam aydın deyildi. İndi isə beynəlxalq psixoloqlar qrupu müəyyən edib ki, təbiət həyatdan məmnunluq səviyyəsi birbaşa deyil, insanın öz bədənini qəbul etməsi və ona hörmətlə yanaşması vasitəsilə artırır.

Şəhərlərin böyüməsi və insanın təbiətdən uzaqlaşması fonunda alimlər bunun insanların rifahına necə təsir etdiyini daha fəal araşdırmağa başlayıblar. Çoxsaylı tədqiqatlar təbii mühitlə təmasın psixi və fiziki sağlamlıq üçün faydalı olduğunu göstərib. Ənənəvi olaraq bu təsir təbiətin stresi azaltması və insanı bərpa etməsi ilə izah olunurdu. Lakin tədqiqatçılar etiraf edirlər ki, burada mexanizmlər daha mürəkkəbdir və onların bir çoxu hələ də tam öyrənilməyib.

Alimlər belə hesab edirlər ki, burada əsas vasitəçi amillərdən biri bədənə pozitiv münasibət – insanın öz bədənini qəbul etməsi və ona hörmətlə yanaşması ola bilər. Beynəlxalq tədqiqatçılar qrupu bu nəzəriyyəni yoxlayıb.

Tədqiqatın müəllifləri 253 alimin iştirakı ilə genişmiqyaslı beynəlxalq layihə həyata keçiriblər. Yoxlamadan sonra yekun seçimə 36 dildə danışan 58 ölkədən 50 min 363 nəfər daxil edilib. İştirakçıların orta yaşı 33 olub, onların əksəriyyəti isə şəhərlərdə yaşayan qadınlar idi.

İştirakçılar gündəlik həyatda təbiətlə nə dərəcədə təmasda olduqları, təbiətə yaxınlıq hissi, çətin anlarda özlərinə münasibətləri, təbiətdə vaxt keçirdikdən sonra özlərini necə hiss etdikləri, həmçinin öz bədənlərinə münasibət və həyatlarından məmnunluq səviyyəsi ilə bağlı sualları cavablandırıblar.

AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “Environment International” jurnalında dərc olunub.

Tədqiqatçılar təbiətlə təmasın həyatdan məmnunluğa necə təsir göstərdiyini izah edən statistik model hazırlayıb və onu yoxlayıblar. Məlum olub ki, burada əsas vasitəçi rolunu insanın öz bədəninə müsbət münasibəti oynayır. Bu münasibətin formalaşmasına isə üç amil təsir edir: insanın özünə qarşı anlayışla yanaşması, təbiətlə əlaqə hissi və təbiətdə olduqdan sonra yaranan rahatlıq və bərpa hissi. Araşdırmanın mühüm hissələrindən biri də bu modelin yaş və cinsdən asılı olmayaraq müxtəlif ölkələrdə eyni şəkildə işləyib-işləmədiyini müəyyən etmək olub.

Sorğuların nəticələri göstərib ki, insanların təbiətdə daha çox vaxt keçirməsi həm həyat məmnunluğunu, həm də öz bədənlərinə qarşı pozitiv münasibəti yaxşılaşdırır. Lakin bu təsir dolayı şəkildə baş verir. Təbiətlə təmas insanın özünə daha anlayışla yanaşmasına kömək edir, bu isə öz bədəninə qarşı daha müsbət münasibət formalaşdırmasını asanlaşdırır və nəticədə həyatdan məmnunluq səviyyəsini artırır.

İkinci mexanizm psixoloji rahatlıq və bərpa ilə bağlıdır. Təbiət insana sakitlik, rahatlıq və düşüncə aydınlığı verir. Bu vəziyyət insanın öz bədəninə qarşı pozitiv münasibəti yaxşılaşdırır, bu da öz növbəsində ümumi rifah səviyyəsini artırır. Üçüncü yol, yəni insanın təbiətlə vəhdət hissi duyması isə bəzi əvvəlki nəticələrin əksinə olaraq zəif təsir göstərib.

Model müxtəlif mədəniyyətlərdə də sabit nəticələr göstərib. O, yaş və cinsindən asılı olmayaraq, insanlar üçün eyni şəkildə işləyib və 58 ölkədən 53-də təsdiqlənib. Yalnız Braziliya, Hindistan, Pakistan, Latviya və Tayvanda nəticələrdə müəyyən fərqlər müşahidə olunub. Tədqiqatçılar bunu yerli mədəni xüsusiyyətlər və ya araşdırmada iştirak edən qrupların fərqli olması ilə izah edirlər.

AzPost.az

Post navigation

Previous: “Mercedes-Benz” zavodlarını hərbiləşdirmək istəyir
Next: ABŞ və İsrail gələn həftə İrana hücumu bərpa edə bilər

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.