“Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”na dəyişiklik edilib.
APA-nın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası qərar verib.
Dəyişikliyə əsasən, qərarda “və Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC-də” sözləri “Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC-də, eyni zamanda “Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə” sözləri “Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində” sözləri ilə əvəz edilib.