Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Talassemiya irsi xəstəlik olub, valideynlərdən övladlara ötürülür

Orkhan Ali 08 May 2024 - 16:37 (Last updated: 21 May 2025 - 20:15)
623735868d970

Talassemiya irsi xəstəlik olub, valideynlərdən övladlara ötürülür. Anadangəlmə olduğu üçün həyatın ilk aylarından, təxminən 6 ayından etibarən özünü büruzə verir.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.

Hematoloq bildirib ki, nə kimi şikayət və hansı yaş qrupunda məlum ola bilər sualını cavablamaq üçün ilk növbədə talassemiya xəstəsi və daşıyıcısı anlamındakı fərqləri bilmək lazımdır:

“Talassemiya hemolitik anemiya qrupuna aid olaraq, Alfa və Beta -2 tipi var. Alfa Talassemiyada alfa zəncirlərinin, Beta Talassemiyada Beta zəncirlərinin tam və ya qismi çatışmazlığı mövcuddur. Daha çox qarşılaşdığımız variant Beta Talassemiyadır. Beta Talassemiya da öz növbəsində 4 subqrupa ayrılır”.

Ş.Şabanova qeyd edib ki, səssiz daşıyıcılıq alttipində fərddə klinik və laborator bir dəyişiklik olmur, Hg səviyyəsi adətən normal, MCV (eritrositlərin orta həcmi) nisbətən azalmış olur. Bir çox halda Talassemiya Minima diqqətdən yayına bilir, bəzən Talassemiya xəstəsi övladı doğulduqda hər iki valideynin də səssiz daşıyıcı olduğu məlum olur:

“Beta Talassemiya Minor və ya xalq arasında bilinən Talassemiya daşıyıcılığında isə, rutin qan analizi izlənilməzsə, əksər halda xəstəlik aşkarlanmayacaq dərəcədə səssiz keçir. Hemoqlobin səviyyəsi bəzən norma daxilində, bəzən isə normadan 1-2 g/dl az olması ilə fərqlənir.

Digər parametrlərdə dəyişiklik (RBC yüksəkliyi, MCV, MCH -ın aşağı olması və s) Adətən heç bir şikayətlə xarakterizə olmur. Talassemiya daşıyıcısında övlad qüsurlu geni valideynlərin birindən alır. Hg səviyyəsi adətən 9,5 -11.5 g/dl arasında olur ki, hemotransfuziya, yəni qan köçürmə ehtiyacı olmur. Xüsusi müalicəsi yoxdur”.

Hematoloq Beta Talassemiya Mayor (Cooley Anemiyası) ciddi şikayətlərlə özünü göstərən, dərin qan azlığı Hg 3-5 g/dl olan və 2-3 həftədən bir qan köçürmə gərəkliliyi yaranan növün olduğunu qeyd edib:

“Sümük sistemində dəyişikliklər, dalaq böyüməsi, orqanlarda dəmir yüklənməsinə bağlı paralel şikayətlərlə xarakterizə olur. Talassemiya xəstəliyi aşkarlanan övladda hər iki valideyin qüsurlu gen daşıyıcısıdır.

Beta Talassemiya İntermedia və ya Aralıq forma, Minor və Mayor növlər arasında yer alır. Hemoqlobin səviyyəsi 6-9 g/dl arasında dəyişir və qan azlığına xas şikayətlər olur. Həyatı boyu bir neçə dəfə qan köçürməsinə ehtiyac yaranır”(trend).

Post navigation

Previous: “Elçibəyin yeganə hüquqi varisi bizim partiyadır” –
Next: Ombudsmanın əməkdaşları Ələsgər Məmmədli, Ülvi Həsənli və digərlərinə baş çəkib

Oxşar xəbərlər

infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.