“Taliban” Əfqanıstanın 162 rayonuna nəzarəti ələ keçirdiyini bəyan edib

“Taliban” hərəkatı Əfqanıstanın 398 rayonundan 162-nin nəzarətini ələ keçirdiyini iddia edir. Onların sözlərinə görə, ölkə ərazisinin yeddidə bir hissəsinə nəzarət döyüşsüz ələ keçirilib.

Bu barədə jurnalistlərə “Taliban” hərəkatının Qətərdə yerləşən siyasi ofisinin rəsmi nümayəndəsi Suheyl Şahin bildirib.

Taliblərin məlumatına görə, həmin rayonların 23-ü Bədəxşan əyalətindədir. Eyni zamanda, Tacikistanla 910 kilometr ortaq sərhədi olan Vakhan rayonu da nəzarətə götürülüb.

Əfqanıstan Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrində “Taliban” hərəkatının mövqelərinə endirilən hava zərbələri nəticəsində 261 silahlının öldürüldüyü və 200-dən çoxunun yaralandığı barədə məlumat yayıb.

Beynəlxalq müşahidəçilər isə Əfqanıstanın 100-ə yaxın rayonunun taliblərin nəzarəti altına keçdiyini bildirilər. Beləliklə, 2021-ci il mayın 1-dən bəri hökumət qüvvələrinin itirdiyi ərazilər iki dəfə artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Estoniya Rusiya diplomatını ölkədən çıxaracağını elan edib

Sonrakı məqalə

Putin Paşinyanla görüşüb