“Taliban” “amnistiya” elan etdi

“Taliban” təmsilçiləri Əfqanıstanda hamı üçün ümumi “amnistiya” elan etdiklərini açıqlayıblar.

Avqustun 17-də Kabildə bir gün əvvələ görə sakitçilik olub. “Reuters” yazır ki, bir gün öncə aeroporta yığışanların çoxu evlərinə qayıdıb. Bu barədə media qurum Əfqanıstandakı rəsmilərdən məlumat alıb.

Mənbə hava limanı istiqamətində bu gün də arada atəş səslərinin gəldiyini bildirib.

ABŞ rəsmisi Hamid Karzai isə açıqlamasında bildirib ki, hazırda Kabildəki Beynəlxalq Hava Limanındakı hərbi və kommersiya uçuşlarına Amerika nəzarət edir.

Bu gün Avropa Birliyinin xarici işlər nazirləri Brüsseldə təcili toplantı keçirəcəklər. Toplantı mövzusu Əfqanıstandan evakuasiya planları və hazırki durumdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oqtay Gülalıyev xəstəxanadan evə buraxılıb

Sonrakı məqalə

Azərbaycanda əhalinin 12,1 faizi pensiya alır