Taliban Azərbaycanın da maraqlı olduğu enerji layihələrini dəstəkləyib

Taliban” Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistandan keçəcək qaz kəmərinin (TAPİ) tikilməsində maraqlıdır.

Azpost.info bildirir ki, bu barədə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Suhail Şahin Sky News-a müsahibəsində deyib. Onun sözlərinə görə, Taliban ölkədə digər nəhəng infrastruktur layihələrinin reallaşmasında maraqlıdırlar: “Ölkəmizdə digər böyük layihələr də var. Biz ümid edirik ki, bu layihələrin həyata keçməsi üçün işlər başlanacaq”. 

Şahinin sözlərinə görə, “Taliban” ölkədə iş yerlərinin yaradılması, iqtisadi tərəqqi üçün biznesin inkişafına, təbii sərvətlərin istifadəsinə investorların cəlb ediməsini istəyirlər: “Əfqanıstan Mərkəzi və Cənubi Asiya arasında körpü olmaqla strateji əhəmiyyətli yerdir. Taliban bu potensialdan istifadə etmək istəyir”.

TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. İllik ötürücülük gücü 33 milyard kubmetr olan TAPI qaz kəmərinin uzunluğu 1814 kilometrdir. Kəmər Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədində Fazilka yaşayış məntəqəsinədək uzanacaq. Boru xəttinin Türkmənistandan keçən hissəsinin ümumi uzunluğu 1600 kilometr olacaq.

Əfqanıstan qaz həcmlərinin öz ərazisindən tranzitinə görə böyük miqyasda mənfəət əldə edəcək. Üstəlik bu kəmərə xidmət etmək üçün Əfqanıstanda 12 minə qədər iş yerinin açılması gözlənilir.

2018-ci il fevralın 23-də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Sərhəd Xidmətinin rəisinin iki müavini ehtiyata buraxılıb

Sonrakı məqalə

Azərbaycanın Müdafiə naziri Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb