“Taliban” Cəlalabadda aksiya keçirənlərə atəş açıb –

3 nəfər ölüb, 10-dan çox yaralı var ​​​​​​​
18 Avqust 2021 - 17:16

Əfqanıstanda “Taliban”a qarşı etiraz aksiyalarında radikal qruplaşma üzvlərinin atəş açması nəticəsində ən azı 2 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

APA-nın “Khaama” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Cəlalabad vilayətində baş verib.

Şahidlərin dediyinə görə, sakinlər Kabildən 150 km şərqdə yerləşən Cəlalabad şəhərindəki meydanda etiraz aksiyası keçirərək, Əfqanıstanın milli bayrağını asmağa çalışıblar.

Etirazçılar Əfqanıstanın dövlət bayrağının saxlanmasını, “Taliban”ın ağ rəngli bayrağı ilə əvəzlənməməsini tələb ediblər.

Sakinləri bildiriblər ki, “Taliban” üzvləri aksiyanı işıqlandırmaq istəyən iki yerli jurnalisti də döyüb.

“Reuters” isə şahidlərə istinadən bildirib ki, etiraz aksiyasında açıqlan atəş nəticəsində 3 nəfərin öldürüldüyü barədə məlumat yayıb.

Qeyd edək ki, analoji aksiyalar Əfqanıstanın digər şəhərlərində də keçirilir.