Azərbaycanda son sutkada 4129 nəfər COVID-19-a yoluxub –20 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib, aktiv xəstə sayı 30 954 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 740, ötən müddət ərzində isə ümumilikdə 4 252 882 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yanğınsöndürən maşına atəş açmağımız barədə məlumat yalandır” –

Sonrakı məqalə

“Taliban” Cəlalabadda aksiya keçirənlərə atəş açıb –