“Taliban” İranla sərhəd buraxılış məntəqəsini ələ keçirib –FOTO

“Taliban” hərəkatının silahlıları Herat əyalətində İran və Türkmənistanla sərhəddə yerləşən nəzarət-buraxılış məntəqələrini ələ keçirib.

TOLOnews telekanalı xəbər verir ki, bu barədə yerli gömrük xidməti məlumat yayıb.

“Taliban” hərəkatının nümayəndələri İranla sərhəddə yerləşən “İslam-Qala” nəzarət-buraxılış məntəqəsinin ələ keçirilməsi barədə məlumatı təsdiqləyib. Lakin Əfqanıstan Daxili İşlər Nazirliyi məntəqə üzərində nəzarətin itirilməsi faktını inkar edir.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib.

Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden qoşunların Əfqanıstandan sentyabrın 11-dək çıxarılması barədə qərar qəbul edib. KİV-in məlumatına görə, artıq Amerika hərbçilərinin 90 faizi bu ölkəni tərk edib. ABŞ və NATO qoşunlarının çıxarılması fonunda Əfqanıstanda vəziyyətin sürətlə gərginləşməsi müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dəqiqədə 11 nəfər acından ölür –

Sonrakı məqalə

Avtomobil Yolları Dövlət Agentliyinə 6,2 milyon manat ayrılıb –