Dəqiqədə 11 nəfər acından ölür –Hesabat açıqlandı

Dünyada aclıq və az qidalanmadan dəqiqədə 11 nəfər ölür.

Bu barədə OXFAM təşkilatının iyulun 9-da açıqladığı “Aclıq virusu çoxalır” adlı hesabatında qeyd olunub. Bu isə COVID-19-dan ölüm səviyyəsindən yüksəkdir. Koronavirusdan dəqiqədə 7 nəfər dünyasını dəyişir.

Hesabatda deyilir ki, münaqişə aclığın əsas səbəbidir. Pandemiya isə 2020-ci ildən bəri altı dəfəyədək artıma səbəb olub – yarım milyondan çox insanı aclığa sürükləyib.

Hazırda dünyada 155 milyon nəfərin ərzaq təhlükəsizliyi ilə bağlı böhran həddində yaşadığı bildirilir. Bu, ötən ildəkindən 20 milyon çoxdur. Bu adamların hər üçündən ikisi ölkəsində müharibə, yaxud münaqişə getdiyi üçün ac gəzir.

Hesabatda koronavirus pandemiyasının, eləcə də iqlim böhranının səbəb olduğu iqtisadi sarsıntıların təsirindən də söz açılır. On milyonlarla insan aclığa sürüklənib. Kütləvi işsizlik, ərzaq istehsalının pozulması isə dünyada ərzağın qiymətini 40 faiz artırıb ki, bu isə on ildə ən böyük artım deməkdir.

Pandemiyaya baxmayaraq, qlobal hərbi xərclər 51 milyard dollar artıb. Bu, aclığı dayandırmaq üçün BMT-yə gərəkən məbləğdən azı altı dəfə çoxdur.

Hesabatda “ən pis aclıq ocaqları” sadalanır. Bu sıraya Əfqanıstan, Efiopiya, Cənubi Sudan, Suriya və Yəmən daxildir. Təşkilat dövlətləri münaqişələri dayandırmağa, yardım agentliklərinin münaqişə zonalarında işləməsinə şərait yaratmağa səsləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlandı

Sonrakı məqalə

“Taliban” İranla sərhəd buraxılış məntəqəsini ələ keçirib –