Taliban Kabilə döyüşsüz girmək üçün danışıqlar aparır

Radikal Taliban hərəkatı öz döyüşçülərinə Kabilə hücum etməməyi əmr edib.

Bu barədə Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid Twitter səhifəsində bildirib.

Zabihullah Mücahid yazıb ki, döyüşçülərimizə Kabilə girişdə qalmağı və şəhərə hücum etməməyi əmr etdik.

Əfqanıstan 1TV telekanalının verdiyi məlumata görə, Taliban rəhbərliyi qoşunlarına birbaşa Kabilə girməməyi tapşırıb.

Hazırda telekanal qeyd edir ki, Taliban hərəkatın qoşunlarının şəhərə sülh yolu ilə daxil olması üçün ölkə hökuməti ilə danışıqlar aparır.

Radikal Taliban hərəkatı artıq Kabil Universitetini nəzarətə alıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, Taliban artıq Kabildə bayrağını ucaldıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Bölgədə sülh yalnız Prezidentin konsepsiyası əsasında mümkündür” –