“Taliban” Pəncşir qubernatorunun ofisini tutduğunu açıqlayıb

“Taliban” döyüşçüləri Pəncşir əyalətinin paytaxtına giriblər və əyalət qubernatorunun ofisini zəbt ediblər.

Bu barədə “Times of India” yazıb.

Bununla yanaşı, “Taliban” əleyhinə qüvvələri birləşdirən Əfqanıstan Milli Müqavimət Cəbhəsi öz açıqlamasında bildirib ki, “taliban”çılar Pəncşirlə Kapis vilayətinin sərhədindəki Dərbənd yüksəkliklərinə çatıblar, ancaq onların hücumu dayandırılıb.

“Əfqanıstanın qalasının müdafiəsi yenilməzdir”, – deyə Cəbhənin nümayəndəsi Fahim Dəşti “Twitter” səhifəsində yazıb.

O vurğulayıb ki, müqavimət qüvvələri bir gündə 600-dək “Taliban” silahlılarını öldürməyi və mindən çoxunu əsir götürməyi bacarıblar.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan millisi yenə qələbə qazana bilməyib –

Sonrakı məqalə

“Rusiya sülhməramlılarının mandatı ilə bağlı müzakirələr davam edir”-