“Taliban” Tacikistanla sərhədə qoşun yerləşdirilməsi barədə xəbəri təkzib edib

Taliban” hərəkatı Tacikistanla sərhədə qoşun yerləşdirilməsi barədə məlumatları təkzib edib.

Bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi “RİA Novosti”yə açıqlama verib.

“Bu, doğru deyil”, – deyə Kərimi qoşunların iki ölkənin sərhədinə yerləşdirilib-yerləşdirilməməsi ilə bağlı sualın cavabında bildirib.

Bundan bir əvvəl “RİA Novosti” Tacikistan güc strukturlarındakı bir mənbəyə istinadən xəbər vermişdi ki, Düşənbə Əfqanıstanla sərhəddə “taliban”çıların toplaşmasını müşahidə etmir, vəziyyət sabitdir, heç bir təxribat yoxdur.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Departamentinin direktor müavini Aleksey Zaytsevin açıqlamasına görə, Moskva Tacikistanın və Əfqanıstanın öz sərhədlərinə qoşun çəkməsini qeydə alıb və Rusiya Federasiyası mövcud vəziyyətin həlli üçün Düşənbəni və Kabili qarşılıqlı dialoqa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda zəlzələ olub

Sonrakı məqalə

Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib